Dünya

Yerevan və Minsk rədd etdilər

21 May 2015 21:37
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan və Belarus, Riqa Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanatında "Krımın ilhaqı" ifadəsi saxlanarsa, onu imzalamaqdan imtina edəcəklərini bildiriblər, Reuters agentliyinin öz diplomatik mənbələrinə istinadən verdiyi məlumatında deyilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, sənədin ilkin variantındakı "Krımın qeyri-qanuni ilhaqı" ifadəsi üzrə Minsklə Yerevanın mövqeyinə görə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarus) mövqeyi ayrı-ayrılıqda ifadə olunan kompromis bəyanat hazırlanmalıdır.
Reuters-in məlumatına görə, bəyanatda deyiləcək ki, Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini pisləyir. Bundan başqa, sənəddə keçmiş altı sovet respublikalarının BMT-də Krım referendumunu pisləyən qətnamə üzrə səsvermə zamanı ifadə etdikləri mövqeləri əks etdiriləcək.
Ermənistan və Belarus Rusiyanın mövqeyini dəstəkləyib. Bəyanatın layihəsi cümə axşamı nəzərdən keçiriləcək.
Mayın 21-də Riqada işinə başlayan Şərq Tərəfdaşlığı ölkələrinin dördüncü sammiti iki gün davam edəcək.
Proqrama qatılan 6 ölkədən üçü - Ukrayna, Moldova və Gürcüstan - 2014-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıblar.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.