Dünya

Ana ürəyi: oğlunun qatilini edamda bağışladı - YENİLƏNİB - FOTO

17 Aprel 2014 19:14
26 Şərh     Baxış: 28 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:14

Milli.Az İSNA-ya istinadən bildirir ki, ananı oğlunun qatilini bağışladığı edam İranın paytaxtı Tehranda yox, ölkənin şimalındakı Mazarandaran vilayətinin Royan şəhərində yaşanıb.

Edam cəzası almış Bilal 7 il əvvəl küçə davasında 18 yaşlı Abdulla Hüseynzadəni bıçaqlayaraq qətlə yetirmişdi.
 

Mərhumu atası Əbdülqəni Hüseynzadə deyib: "Üç gün əvvəl xanımım oğlumuzu yuxusunda gördü. Oğlum anasına deyib ki, cənnətdədir və qatilinin də asılmasını istəmir. Xanımım buna görə Bilalı bağışladı".
 

Abdullanın anası oğlundan danışanda ağlayır, özünü saxlaya bilmir. Amma handan-hana toxtayır və əlindəki dəsmalla gözünü silir, toxtamağa çalışıb deyir: "Anayam, o qatilin də anası var. Yaxşı, mən edamı istədim, nə olacaq? Onu asacaqdılar. Oğlum qayıdacaqdımı, diriləcəkdimi?! Yox. Allaha qurban olum, mənə qalacaq yeganə əməl qisasımı almaq, oğlumun qatilinin asıldığını bilmək olacaqdı. Amma onun anası ölənədək ağlayacaqdı. Abdullanı qətlə yetirən adam o bıçağı vuranda şahidlər olublar.

Dedilər ki, davanı oğlum salıbmış. İndi nə mənası var kim kimə birinci zərbəni vurub. Oğlum 7 il əvvəl ölüb, Bilalı da asacaqdılar. Oğlum yuxuma girdi. Gəldi, məni qucaqladı, əlimdən öpdü. Dedi ki, ana, cənnətdəyəm, ağlama, Bilalı da bağışla".

Oğlunun qatilini bağışlayan ana bir yox, iki oğlunu itirib.

Çünki Abdullanın kiçik qardaşı Əmirhüseyn 11 yaşı olanda motosikldə qəzaya düşərək həlak olub.

Əbdülqəni Hüseynzadə deyir: "Abdulla dostları ilə bazarda olanda Bilal onu itələyib. Abdulla da onu təpiklə vurub. Bilal bıçaq çıxarıb oğlumun sinəsinə saplayıb. Bilal qaçsa da, sonradan polis onu tutmuşdu".

İranda bir çox məşhur ictimai xadimlər, o cümlədən populyar idman şərhçisi Adil Firdovsipur mərhum Abdullanın ailəsinə müraciət edərək Bilalı bağışlamalarını təvəqqe etmişdilər.


Qatil bağışlandıqdan sonra Bilalın anası əyilib Abdullanın anasının ayaqlarından öpür.

----------
10:56

Tehran sakini Bilal 7 il əvvəl 18 yaşlı Abdulla Hüseynzadəni qətlə yetirmişdi.

Buna görə də Bilal edam cəzası almışdı və edam olunmalıydı.


Milli.Az İSNA-ya istinadən bildirir ki, Tehranda Bilalın edamını Abdullanın anası da seyr edirdi.

Qaldırıcı krandan asılmış kəndirin ilgəyi Bilalın boynuna keçirilmişdi. Bu zaman Abdullanın anası qəflətən Bilala yaxınlaşıb, onun üzünə şillə vurub, sonra da ilgəyi onun boynundan çıxarıb.


Ana oğlunun qatilini əfv etmişdi.


Hönkürən ana Bilalın anasını qucaqlayaraq ağlayırdı.


Milli.Az


----------
19:14


Böyütmək üçün şəkillərə klikləyin.




----------
10:56
 



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.