"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun "Barselona"da keçdiyi təcrübə müddəti başa çatıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Antalyaya dönərək komandasının düşərgəsinə qoşulub.
Təcrübəli mütəxəssis səfərlə bağlı təəssüratlarını bildirib: "İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də səmərəli keçdi. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz baş tutdu".
Q.Qurbanov İspaniyada bir neçə matçı stadiondan izlədiyini deyib: "Öncə "Barselona"nın ölkə kubokunda "Osasuna" ilə oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlər səbəbindən səfərimizi təxirə saldıq. Əvəzində "Espanyol"un "Kordoba"nı 4:2 hesabıyla məğlub etdiyi oyunu izlədik. "Barselona"nın çempionatda "Real Betis"i eyni hesabla məğlub etdiyi oyunda da stadionda idik.
Əsas komandayla yanaşı, 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. "Barselona"nın dünyanın ən güclüsü olduğunu "göy-qırmızı"ların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə isə səfərlə bağlı yalnız xoş xatirələrim var".
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qurban Qurbanov "Barselona"nın uğur sirlərini açıqladı
18 Yanvar 2012 10:32
0 Şərh
Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Braziliya futbolunda dava - 23 qırmızı kart verildi
-
"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
"Neftçi" "Turan Tovuz"a məğlub olub
-
Gəncədə ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB
-
İran səfiri Türkiyə XİN-ə çağırıldı
-
Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər - FOTO
-
“Mən də sizin qədər bezmişəm” - Vens
-
Edis və Adem Kılıççının narkotik testinin nəticələri bəlli oldu
-
Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya
-
“Zirə” “Kəpəz”lə heç-heçə etdi
-
Almanı tüpürüb silən satıcıdan açıqlama - YENİLƏNİB - VİDEO
-
İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
İtkin düşən kişi axtarılır - FOTO
-
Hakan Fidan Ceyhun Bayramova zəng etdi - YENİLƏNİB
-
Ərdoğandan İrana SƏRT XƏBƏRDARLIQ
-
AZAL Naxçıvana birbaşa uçuşları bərpa edib - YENİLƏNİB
-
Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq
-
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
-
İrandan Azərbaycana ümumilikdə 2057 nəfər təxliyə edilib
-
Ramazan ayının 20-ci gününün duası - İmsak və iftar vaxtı
-
"Çelsi" klubu "Barselona"nın 3 ulduzu üçün danışıqlar aparacaq
-
İlham Əliyev Ərdoğana zəng edib
-
Tolikdən onu əvəzləyən aparıcı ilə bağlı sərt xəbərdarlıq: “Şəkillərimi...”
-
Azərbaycanda bu şəxslərin maaşı artırılır





