İdman

Bu dəfə nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

30 Mart 2017 11:45
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.

O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.