İdman

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görüldü

3 May 2016 16:38
Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görülüb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Qeyd edək ki, bu il martın 24-cü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi" mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürüb.

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub və Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix" nominasiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.