İdman

"Çempionluq mübarizəsini sona qədər davam etdirə bilmədik"

3 May 2016 20:15
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Çelsi" ilə matçdan sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"İlk növbədə, "Lester"in futbolçu və azarkeşləri, baş məşqçisi Klaudio Ranyerini təbrik edirəm. Çempionluq yarışını sona qədər davam etdirə bilmədik deyə məyusam. Birinci hissədən sonra hesab 2:0 olanda əks-hücumlarda oynayıb 3-cü qolu vurmaq lazım idi. Qapımızdan birinci qolu buraxandan sonra istənilən şey ola bilərdi. Əsl derbi idi. Biz də, "Çelsi" də mübarizə apardıq.

Bu futboldur. Biz başqa kişilərə gücümüzü göstərməyə çalışan kişilərik. Bizim üçün yaxşı dərsdir. Komandamız Premyer Liqanın ən gənc kollektividir. Azarkeşlərimiz fəxr edə bilər. Realist olmaq və oyunçuları təbrik etmək lazımdır. Növbəti mövsüm daha da güclənib çempionluq mübarizəsinə qoşulmağa çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.