İdman

9 futbol komandamıza ağır cəza

29 Dekabr 2015 15:22
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"dan başqa, Topaz Premyer Liqasında iştirak edən bütün komandaların bizə borcu var. Klublara bununla bağlı müraciət olunub". Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri borcların qoyulan vaxtda ödənilməyəcəyi təqdirdə 9 komandanı ciddi sanksiya gözlədiyini söyləyib: "Borclar mütləq klublardan alınacaq. Onların hamısına deyilib. Əgər pullar ödənilməsə, həm lisenziya ilə bağlı problem yaşayacaqlar, həm də klubların xalları silinəcək".
 
Musayev qış fasiləsindən dərhal sonra borcların ödənilməli olduğunu bildirib: "Fevrala qədər hamısına vaxt qoyulub. Üçüncü dövrənin startına qədər borclar ödənilməlidir. Əgər hazırda borcları varsa, deməli, "Qarabağ"dan başqa heç bir komanda lisenziyalaşdırmanın tələblərinə cavab vermir".
 
Qeyd edək ki, futbol üzrə ölkə çempionatında 10 komanda mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.