İdman

Avtomobil Federasiyasının təşkilatçılığı ilə Qəbələdə "Offroad" yürüşü keçirilib - VİDEO - FOTO

22 Dekabr 2015 14:21
Baxış: 2 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə dekabrın 19-u və 20-də "Offroad" yürüşü keçirilib.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, 25 "Offroad" avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilib.

Yürüşdə məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş "Offroad" komandası ilə görüşüblər.

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif "Offroad" yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən "Offroad" yarışlarında iştirak edib. "Offroad" klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət "Dünya bizimdir" adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtomobil Federasiyasının təşkilatçılığı ilə Qəbələdə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.