İdman

AFFA-dan cəzalar

22 Dekabr 2015 14:05
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVIII turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

"Sumqayıt"la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Rəvan" min manat cərimə olunub. Matçın 73-cü dəqiqəsində "Sumqayıt"ın meydandan qovulan futbolçusu Emin Mehdiyev 1 oyunluq cəzalanıb, klubu 2 yüz manat cərimələnib.

"Kəpəz"lə görüşdə 5 futbolçusu sarı vərəqə alan "Neftçi" min manat ziyana düşüb. Qarşılaşmanın 50-ci dəqiqəsində "Neftçi"ni azlıqda qoyan Ferraro Silva Aylton 1 oyunluq cəza və 200 manat cəriməyə məruz qalıb. 3 dəqiqə sonra "Kəpəz"in meydandan qovulan futbolçusu Tural Nərimanovun cəzası daha ağır olub: 2 oyunluq cəza və 2 min manat cərimə.

Oyun başa çatdıqdan sonra "Kəpəz"in bir qrup azarkeşləri tərəfindən "Neftçi" fanatlarına daş atılıb. Gəncə klubu  ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5 min manat cərimə ödəməli olacaq.

"İnter"lə görüşün 42-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə cənublular min manat cərimələniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.