Azərbaycan Premyer Liqasının XVIII turu 8 futbolçunun cəzalanması ilə nəticələnib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ilin ilk turunu buraxacaq futbolçulardan 3-ü qırmızı, 5-i sarı vərəqlər üzündən cəzalı duruma düşüb.
"Rəvan"ın üzvlərindən Yamin Ağakərimzadə 8-ci, Kostyantin Maxnovski 4-cü dəfə xəbərdarlıq alıb. "Zirə"nin üzvü Adil Nağıyev də 4-cü dəfə sarı vərəqə ilə cəzalanıb.
"Neftçi"də isə Erik Ramos 8-ə, Kaue da Silva 4-ə çatıb. Aylton Silva isə qırmızı vərəqə ilə cəzalanıb. "Kəpəz"dən Tural Nərimanov, "Sumqayıt"dan Emin Mehdiyev də eyni səbəbdən növbəti oyunu buraxacaq.
Milli.Az