İdman

“Neftçi”nin futbolçusunun ayağı qırıldı

20 Dekabr 2015 17:33
0 Şərh     Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Topaz Premyer Liqasının XVIII turunda daha bir xoşagəlməz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, "Kəpəz" - "Neftçi" matçında qonaqlar bir futbolçunu itiriblər. 

Qarşılaşmanın ilk hissəsinin sonlarında "Kəpəz"in cərimə meydançasında yaranmış qarışıqlıq zamanı "flaqman"ın yarıımmüdafiəçisi Fəhmin Muradbəyli ciddi xəsarət alıb. Oyunu davam etdirə bilməyən 19 yaşlı oyunçu Məhəmməd Qurbanovla əvəzlənib.
 
Həkim ilkin diaqnoz kimi, futbolçunun ayağının qırıldığını söyləyib. Muradbəyli dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin ilkin rəyinə görə, futbolçu üçün mövsüm başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.