İdman

Azad Rəhimov: "5 milyon manat xərclənib" - YENİLƏNİB

18 Dekabr 2015 10:50
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:50

Trend-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib ki, hazırda Formula 1 yarışı ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat vəsait nəzərdə tutulub: "Bu günə qədər Formula 1 ilə bağlı əməliyyat şirkəti 5 milyon manat xərcləyib. Bu xərclər tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib".

A.Rəhimov deyib ki, qarşıda bir sıra işlər qalır: "Məsələn, yol kənarına bardürlərin, setkaların quraşdırılması və s. Təxminən 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq".

----------

10:29

Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük nailiyyətlər əldə ediblər.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran-Priyə həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Pri yarışına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".

A.Rəhimov deyib ki, yarış keçiriləcək ümumi tras 6 km olacaq:

"Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən Dənizkənarı parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km/saata qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online formada keçiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.