İdman

Eyni komandaya ardıcıl 10-cu məğlubiyyət

17 Dekabr 2015 15:10
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" "Rəvan"la Azərbaycan çempionatında keçirdiyi 10-cu qarşılaşmada da qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunun səfər matçında 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin baş məşqçisi olduğu komanda əvvəlki 9 görüşdə də rəqibinə xal verməyib. Bu 10 qarşılaşmada "İnter" 24, "Rəvan" 5 qol vurub. Paytaxt derbisindəki bu göstərici eyni rəqiblə keçirdiyi bütün matçlarda qələbə qazanmaq sayında mütləq rekorddur. Ən azı 10 dəfə qarşılaşan bütün digər cütlərdə hər iki komanda xal qazanıb.
 
Eyni rəqiblə matçlardakı qələbə seriyalarına gəlincə, daha 7 cütdə eyni komanda 10 və daha çox qarşılaşmada rəqibinə xal verməyib. Amma həmin uğursuz klub ölkə çempionatlarında nə vaxtsa rəqibindən xal almağı bacarıb. Seriyalarda mütləq rekord da "İnter"ə məxsusdur. Bakılılar "Turan"ı ardıcıl 16 dəfə məğlub ediblər. "Neftçi" Qusar "Şahdağ"ını 13, "Qarabağ" MOİK-i 12 oyun xala həsrət qoyub. "Neftçi" "Kür-Nur"u 11, "Kəpəz" "ANS-Pivani"ni, "Turan" iki komandanı Bərdə "Pambıqçı"sını və Qusar "Şahdağ"ını ardıcıl 10 görüşdə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.