İdman

"Sumqayıt" "Qarabağ"a təslim olmadı, "Qəbələ" məğlub oldu - YENİLƏNİB

16 Dekabr 2015 20:41
3 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:41

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Oyunda cəmi bir qol qeydə alınıb. Nicat Qurbanovun 24-cü dəqiqədə vurduğu qol "Zirə"ni ikinci pilləyə (29 xal) yüksəldib.

Hazırda turnir cədvəlində "Qarabağ" 37 xalla lider, "İnter" və "Qəbələ" isə 27 xalla 3-4-cü yerləri bölüşürlər.

Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.

-----------

18:41

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib. Gözlənilənlərin əksinə olaraq, ilk qol qonaqlardan gəlib - 7-ci dəqiqədə Amil Yunanov fərqlənib.

53-cü dəqiqədə Mikayıl Rəhimov fərqi iki topa çatdırıb. Dörd dəqiqə sonra Riçard Almeyda penalti zərbəsini dəqiq yetirib.

Oyunun əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış Dani Kintana son nöqtəni qoyub - 2:2. 90+1-ci dəqiqədə isə Raydell Pupon ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Milli.Az xəbər verir ki, Premyer Liqada növbəti oyun da start götürüb.

"Zirə" - "Qəbələ"

Zirə İdman Kompleksinin stadionu

------------

09:20

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun növbəti qarşılaşmaları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.

Günün ilk oyunda lider "Qarabağ" autsayderlər qrupunda yer alan "Sumqayıt"ı qəbul edəcək. İlk dövrədəki oyunda gözlənilməz qələbə qazanan "kimyaçılar" bunun təsadüf olmadığını sübut etmək üçün var gücləri ilə oynayacaqlar. Ötən tur "İnter"ə qalib gələn Samir Abasovun yetirmələri bu matça da qələbə əzmi ilə çıxacaqlar. "Qarabağ" isə ilk dövrədəki məğlubiyyətin revanşını almaqla yanaşı, "Zirə" ilə oyunda itirdiyi xalları kompensasiya etmək üçün diqqətli oynayacaq. Son iki turda məğlub olmayan komandalar arasındakı görüşün maraqlı keçəcəyi gözlənilir.
 
Digər qarşılaşmada isə liderlər qrupunda qərarlaşmış iki komanda üz-üzə gələcək. Üçüncü pillənin sahibi "Qəbələ" izləyicisi "Zirə"nin qonağı olacaq. Son oyunlarda istədiyi nəticələri qazana bilməyən Roman Qriqorçukun yetirmələri debütant qarşısında səfər qələbəsi ilə uğurlu seriyaya başlamaq istəyir. "Zirə" isə səfərdə xal aldığı rəqibinə evdə də uduzmaq niyyətində deyil. Əgər bu baş verərsə, Adil Şükürovun yetirmələrinin evdə məğlub olmamaq seriyası da davam edəcək. Qələbə isə onları 2-ci pilləyə yüksəldəcək.
 
Azərbaycan Premyer Liqası
XVII tur
16 dekabr (çərşənbə)

16:30. "Qarabağ" - "Sumqayıt"
Tofiq  İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 0:1
 

18:30. "Zirə" - "Qəbələ"
Zirə İdman Kompleksinin stadionu
I dövrədəki oyun: 0:0

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

11

3

2

25-9

36

2

İnter    

17

7

6

4

16-12

27

3

Qəbələ 

16

7

6

3

23-11

27

4

Zirə 

16

6

8

2

15-12

26

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

AZAL   

16

4

4

8

9-17

16

8

Sumqayıt

16

3

7

6

18-23

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

17

2

5

10

9-23

11

Bombardirlər: Aleksey Antonov ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi") - 6 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.