İdman

Futbolçularımızın köynəyinə nə yazılacaq?

14 Dekabr 2015 15:52
4 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan Premyer Liqasında çıxış edən klubların geyimlərində futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib.

Onun sözlərinə görə, AFFA-dan bildirilib ki, Premyer Liqada çıxış edən  komandaların geyimləri çempionat başlamazdan 2-3 ay əvvəl sifariş edilir: "Cavab məktubunda qeyd olunub ki, geyimlərin üzərindəki ad və soyadların mövsümün gedişində yenilənməsi texniki baxımdan çətin olduğuna görə məsələnin növbəti mövsümdən etibarən müsbət həllini tapması üçün Dilçilik İnstitutunun məktubu Azərbaycan çempionatının təşkil işləri ilə məşğul olan Peşəkar Futbol Liqasına yönləndirilib".
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların geyimində ad və soyadlar əcnəbi qrafikalarda yazılıb. Bununla bağlı, AMEA Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.