İdman

Futbolçularımız meydana qara sarğı və dəbilqə ilə çıxdılar

6 Dekabr 2015 17:30
0 Şərh     Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"ni qəbul edir.

Hazırda Lənkəran klubunun mərkəzi stadionunda keçirilən qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. Bundan əlavə, hər iki komanda "Günəşli" neft yatağında həlak olan neftçilərin ruhuna ehtiram əlaməti olaraq başlarında neftçi dəbilqəsi ilə meydana çıxıblar. Hər iki komanda qollarında qara sarğı ilə oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.