İdman

"Qarabağ" qalib gəldi, "Neftçi"dən darmadağın - 8:0 - YENİLƏNİB

2 Dekabr 2015 20:05
0 Şərh     Baxış: 1 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:05

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin 6 oyunu keçirilib.

Trend-in məlumatına görə, "Turan Tovuz" doğma meydanda "İnter"i qəbul edib. Oyun qonaqların üstünlüyü ilə keçib - 1:3.

"Sumqayıt" "Neftçala"nın qonağı olub. Matçın son dəqiqələrində sumqayıtlılar hesabı müəyyənləşdiriblər - 0:1.

AZAL "Zirə" ilə qarşılaşıb. Oyun zirəlilərin xeyrinə başa çatıb - 1:2.

"Xəzər Lənkəran" isə doğma meydanda "Kəpəz"i sınağa çəkib. Maraqlı və gərgin keçən qarşılaşma cənub təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

"Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib. Oyunda "flaqman" darmadağın şousu göstərib - 7:0 (Qollar: 5chr("39") - Kaue da Silva; 19chr("39") - Rəhman Hacıyev; 32chr("39"), 62chr("39") - Elşən Abdullayev; 34chr("39") - Ruslan Qurbanov, 36chr("39") - Cavid İmamverdiyev; 52chr("39") - Ruslan Qurbanov; 84chr("39") - Məhəmməd Qurbanov)

"Qarabağ" - "Şəmkir" oyununda isə 72-ci dəqiqədə Cavid Tağıyev hesabı açıb. 11 dəqiqə sonra Samuel Armenteros son nötqəni qoyub - 2:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin "Rəvan" - "Bakı" və "Qəbələ" - "Mil-Muğan" oyunları sabah keçiriləcək.

-----------

09:26

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən klubların da mübarizəyə qoşulduğu mərhələnin 6 qarşılaşması baş tutacaq.

Günün oyunlarından 4-də elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. "İnter" "Turan Tovuz", "Sumqayıt" isə "Neftçala" ilə səfər matçında 1/4 finala yüksəlməyə çalışacaq.

"Şəmkir"lə üz-üzə gələcək "Qarabağ" və "Qaradağ-Lökbatan"ı sınağa çəkəcək "Neftçi" isə mərhələni evdə keçmək iddiasındadırlar. Mərhələnin ən maraqlı oyunları isə Premyer Liqa təmsilçilərinin duelləridir.

Belə ki, paytaxt derbisində AZAL-la "Zirə" qarşılaşacaq. Əyalət təmsilçiləri isə Lənkəranda münasibətlərini aydınlaşdıracaqlar. "Kəpəz"i qəbul edəcək "Xəzər Lənkəran" doğma azarkeşləri önündə qalib gəlmək əzmindədir.

Azərbaycan Kuboku

1/8 final

2 dekabr (çərşənbə)

14:00. "Turan Tovuz" - "İnter"

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Elbrus  Abbasov
Hakim-inspektor: Məhəmməd  Məmmədov
Tovuz şəhər stadionu

14:00. "Neftçala" - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas  Hüseynov
Hakim-inspektor: Füzuli  Nəcəfov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu

15:00. AZAL - "Zirə"

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena"

17:00. "Xəzər Lənkəran" - "Kəpəz"

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
"Xəzər Lənkəran" mərkəzi stadionu

18:00. "Qarabağ" - "Şəmkir"

Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Azər Əsgərov, Alik Yunusov
AFFA nümayəndəsi: Nüvər  Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "Neftçi" - "Qaradağ-Lökbatan"

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Rahil Ramazanov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.