İdman

AFFA-dan 3400 manatlıq cəza

1 Dekabr 2015 14:45
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,İK Azərbaycan Premyer Liqasının 14-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XIV turunun "Zirə" - "Xəzər Lənkəran" matçının 56-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.   

Oyunun 59-cu dəqiqəsində "Zirə" klubunun futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.    

Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" - "Qarabağ" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Oyunun fasiləsi zamanı "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XIV turunun "Qəbələ" - "Rəvan" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.