İdman

"Qarabağ"ın futbolçusu üçün yubiley matçı

1 Dekabr 2015 15:00
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" ilə matçında sonradan meydana çıxan "Qarabağ"ın üzvü Riçard Almeyda Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2012-ci ilin yayında transfer olunan yarımmüdafiəçi 2012/13 mövsümündə 30, növbəti çempionatda 28 qarşılaşmaya çıxıb. Ötən mövsümdə də 30 matçın iştirakçısı olan yubilyar cari birincilikdəki 12-ci oyunda 100-ə çatıb. Almeyda Azərbaycan çempionatlarının 23 illik tarixində 100 və daha artıq oyun keçirən 8-ci braziliyalıdır.

"Sambaçılar" arasında mütləq rekord əvvəllər "Xəzər Lənkəran" və "Neftçi"də çıxış edib, hazırda "İnter"də oynayan Denis Silvaya məxsusdur. Müdafiəçinin hesabında 160 matç var. Fabio Luis Ramim 149, Junivan Suares 139, Flavinyo 133, Leandro Qomeş 119, Dodo 112, Ernani Pereyra 101 matçda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.