İdman

"Xəzər Lənkəran"ın baş məşqçisi 9-cu oldu

1 Dekabr 2015 14:14
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XIV turunun "Zirə" ilə oyunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında "Karvan"ı 152, "Standard"ı 13, "Xəzər Lənkəran"ı 35 qarşılaşmaya çıxarıb. Bu görüşlərdə onun yetirmələri 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzublar. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi - mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-dən çox matça "sükan arxasında" olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.