İdman

Azərbaycan Kuboku: 1/8 final başlayır

1 Dekabr 2015 11:07
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

Milli.Az-ın apasport.az saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının təmsilçilərinin də mübarizəyə qoşulacağı mərhələnin qarşılaşmaları iki gün davam edəcək.

1/4 finalçıların adlarına bir qarşılaşmada aydınlıq gətirəcək cütlərdən 6-sı sabah, 2-si ertəsi gün meydana çıxacaq. 1/8 final mərhələsi saat 14:00-da start götürəcək 2 matçla başlayacaq. Bu görüşlərdən ikisində Premyer Liqa və I divizion komandaları üz-üzə gələcək. Hər iki görüşdə elita klubları səfərdə oynayacaq.

"İnter"in Tovuz, "Sumqayıt"ın Neftçala səfərində çətinlik yaşamayacağı gözlənilir. Düzdür, "Neftçala" I divizionun lideridir. Lakin dəstələr arasındakı səviyyə fərqini nəzərə alsaq, qonaqlar cütün favoritidir.

Mərhələnin ən çox maraq doğuran oyunları isə Premyer Liqa təmsilçilərinin öz aralarındakı qarşılaşmalardır. Bu matçlarda AZAL "Zirə"ni, "Xəzər Lənkəran" "Kəpəz"i qəbul edəcək. Hər iki görüşdə şanslar təxminən bərabər dəyərləndirilir. Düzdür, bu il elitaya qayıdanlar - "Zirə"ylə "Kəpəz" çempionatda daha yaxşı çıxış edir. Lakin onların rəqibləri ev amilindən yararlanıb, mərhələ keçməyə çalışacaq.

İlk oyun günü "Qarabağ"la "Neftçi"nin ev matçları ilə başa çatacaq. I divizion təmsilçilərini sınağa çəkən bu iki komandanın 1/4 finala yüksələcəyi şübhə doğurmur. Ölkənin iki ən titullu klubunun bu qarşılaşmalarda əsasən gənclərə şans verəcəyi, hətta böyük hesabla qalib gələcəyi gözlənilir.

Bir sözlə, "Neftçi" "Qaradağ Lökbatan"ı, "Qarabağ" isə "Şəmkir" böyük qüvvə sərf etmədən keçməlidir.

1/8 finalın son günündə dünən Premyer Liqada üz-üzə gələn "Qəbələ"ylə "Rəvan" ev oyunlarını keçirəcək. "Qəbələ" iki il əvvəl də bu mərhələdə məğlub etdiyi "Mil-Muğan"ı sınağa çəkəcək. Roman Qriqorçukun yetirmələrinin qələbəsiz oyunlar seriyasını məhz bu matçda qıracağı o qədər də şübhə doğurmur. Çünki İmişli klubu aşağı dəstədə də ciddi uğuru ilə seçilmir. "Rəvan" isə digər aşağı dəstə təmsilçisi "Bakı"nı qəbul edəcək. "Rəvan" güclülər dəstəsinin autsayderi olsa da, paytaxtın eyniadlı təmsilçisinin sensasiya edəcəyi inandırıcı görünmür.

Azərbaycan Kuboku

1/8 final

2 dekabr (çərşənbə)

14:00. "Turan Tovuz" - "İnter"
Tovuz şəhər stadionu
 

14:00. "Neftçala" - "Sumqayıt"
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
 

15:00. AZAL - "Zirə"
"AZAL Arena"

17:00. "Xəzər Lənkəran" - "Kəpəz"
"Xəzər Lənkəran" mərkəzi stadionu
 

18:00. "Qarabağ" - "Şəmkir"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "Neftçi" - "Qaradağ Lökbatan"
8-ci km qəsəbə stadionu

3 dekabr (cümə axşamı)
 

17:00. "Qəbələ" - "Mil-Muğan"
Qəbələ şəhər stadionu

20: 00. "Rəvan" -  "Bakı"
"Bayıl Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.