İdman

Bəhmən Həsənov: "Hakimə minnətdaram"

30 Noyabr 2015 21:09
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ"nin oyun üslubuna bələdik. Çox yaxşı komandadır. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə, hakimə minnətdaram. Başqa heç nə demirəm".

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qəbələ" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

"İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki, sonda qol buraxdıq", - deyə  o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.