İdman

""Qarabağ"ın sayılmayan qolunda qərar yanlış idi"

30 Noyabr 2015 15:10
3 Şərh     Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasında XIV turun "Neftçi" - "Qarabağ" oyununda qonaqların vurduğu, lakin qeydə alınmayan qol haqda fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, komitə sədri report.az-a açıqlamasında yan xətt hakiminin qərarını yanlış saydığını söyləyib.

Onun sözlərinə görə, həmin epizodda oyundankənar vəziyyət yox idi: "Çox çətin epizod idi. Həm Əfran İsmayılov, həm də İlqar Qurbanov hücumun önündə idi. Biz həmin epizodu müzakirə edirik. Zənnimcə, köməkçi hakim yanlış qərar verib".

Qeyd edək ki, "Neftçi" ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun 2 qolu sayılmayıb. İlk epizodda oyundankənar vəziyyət aşkar görünsə də, ikincisində qərarın mübahisəli olduğu görünür. Qurbanovun qollarını yan xətt hakimi Mübariz Həşimovun bayrağı havaya qaldırmasından sonra baş hakim Ömər Paşayev ləğv edib. Oyun "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.