İdman

“Xəzər Lənkəran”da 5 ballıq zəlzələ: Ramaldanov getdi, kapitan yol üstədi

28 Noyabr 2015 08:45
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövrələrarası fasiləyə təxminən 1 ay qalmış "Xəzər Lənkəran" müdafiəçi Rasim Ramaldanovla yollarını ayırıb. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
 
Onun sabah Topaz Premyer Liqasının XIV turunda "Zirə" ilə səfər matçında forma geyinməyəcəyi dəqiqləşib.
 
Ramaldanovdan başqa, daha 4 futbolçu da "ağ-yaşıllar"la vidalaşa bilər. Böyük ehtimalla, "Xəzər Lənkəran"ın əfsanəsi Rahid Əmirquliyev və Tural Cəlilov qış fasiləsindən sonra başqa komandanın şərəfini qoruyacaqlar.
 
Legionerlərdən isə malili Sadio Tounkara və rumıniyalı müdafiəçi Adrian Skarlatake də komandadan ayrılmaq qərarına gəlib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.