İdman

Gəncədə qolsuz heç-heçə

27 Noyabr 2015 16:03
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasında XIV tura start verilib. ​Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ilk günündəki yeganə qarşılaşma Gəncədə baş tutub.

Son mövsümün gümüş mükafatçısı "İnter" "Kəpəz"in qonağı olub. Oyun turnir cədvəlinin ilk yarısında qərarlaşan hər iki komanda üçün vacib əhəmiyyət kəsb etsə də, tərəflərdən heç biri qalib gələ bilməyib.

Belə ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qol qeydə alınmayıb. Hərəyə 1 xal qazanan komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Kəpəz"in 1 pillə irəliləmək arzusu gerçəkləşməyib. Liderlə xal fərqini 8-ə endirən "İnter" isə 2-ci yerdə qalıb.

Qeyd edək ki, 4 gün davam edəcək turun növbəti iki oyunu sabah keçiriləcək. 

Topaz Premyer Liqası

XIV tur
27 noyabr (cümə)

"Kəpəz" - "İnter" - 0:0

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov 
Gəncə şəhər stadionu
I dövrədəki oyun - 0:1

"Kəpəz": 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov, 7. Junior Osvaldo, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 99. Əli Səmədov

Baş məşqçi: Şahin Diniyev

"İnter": 1. Səlahət Ağayev (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 88. Abdulla Abatsiyev

Ehtiyat oyunçular: 79. Giorgi Lomaya, 4. Laşa Kasradze, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 77. Emilian Vila

Baş məşqçi: Zaur Svanadze

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

13

10

2

1

24-8

32

2

İnter

14

6

6

2

12-8

24

3

Qəbələ

13

6

5

2

21-9

23

4

Zirə   

13

5

6

2

13-11

21

5

Kəpəz 

14

5

5

4

15-14 

20

6

Neftçi

13

4

4

5

15-15

16

7

Sumqayıt   

13

2

6

5

13-17

12

8

Xəzər L  

13

3

3

7

10-18

12

9

AZAL 

13

2

3

8

6-17

9

10

Rəvan 

13

2

2

9

8-20

8

Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 6, Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter), "Rusan Qurbanov ("Neftçi") - 5.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.