İdman

"Kəpəz"in futbolçusu əməliyyat olundu

24 Noyabr 2015 19:30
0 Şərh     Baxış: 3 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəni Braziliyada əməliyyat olunan "Kəpəz"in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə yazılıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.

Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.

Xatırladaq ki, braziliyalı Topaz Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnmişdi. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan orta xətt oyunçusu ayın 19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.