Azərbaycan Taekvondo Federasiyası (ATF) dekabrda 1999-2001-ci il təvəllüdü gənclər arasında respublika birinciliyi keçirəcək.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin dekabrın 22-24-də Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Yarışlara Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar, 10 çəki dərəcəsində taekvondoçu oğlan və qızlar qatılacaqlar.
Üç gün davan edəcək turnirdə idmançılar şəxsi və komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, gənclər arasında oğlanlar və qızlar üzrə yığma komandanın müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır.
Turnirin keçirilməsinə bilavasitə ATF-nin hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.
Yarışda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.
Milli.Az