İdman

"Kəpəz"in futbolçusu Braziliyada əməliyyat olunacaq

19 Noyabr 2015 17:44
0 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz"in zədəli futbolçusu Dario Frederiko bu gün Braziliyada əməliyyat olunacaq. Yarımmüdafiəçi vətənində yenidən müayinədən keçib və xaçabənzər diz bağının hissəvi qırılması üzə çıxıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bu səbəbdən Dario eyni vaxtda iki əməliyyat olunacaq. Braziliyalının hər iki əməliyyatının xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyevin tapşırığına əsasən klub tərəfindən ödəniləcək. 

Frederikonu əməliyyat etmək üçün Fransadan həkim dəvət olunub. Bu həkim vaxtilə Kərim Benzemanı da əməliyyat edib. 
Darionun "Kəpəz"in düşərgəsinə qayıdışı gələn ilin aprel ayına təsadüf edəcək. 
Qeyd edək ki, Frederiko Topaz Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.