İdman

"Bakıda futbola ancaq "Range Rover"i olan varlılar gəlirlər"

28 Fevral 2015 16:36
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İnter"in hollandiyalı yarımmüdafiəçisi Ruben Sxaken Azərbaycandakı karyerası ilə bağlı ölkəsinin mətbuatına tez-tez açıqlama verir. Azerisport.az xəbər verir ki, o, yenidən həmyerlilərinə ölkəmizdə gördüklərindən danışıb:

"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək".

Sxaken hələ dil bilməməsinə görə çətinlik çəkdiyini söyləyib: "Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq "salam" və "işlərin necədir" kimi suallar vermək olur. Azərbaycan diliylə yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm".

"Şadam ki, "Qarabağ"da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdir burada olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludur. Sürücüm həm də mənim üçün tərcüməçilik edir".

Sxaken oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: "Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, "Feyenoord"da gördüklərimi buradakılarla müqayisə etmək olmaz. Burada futbola ancaq "Range Rover"i olan varlılar gəlirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.