İdman

Kamran Ağayevi "Qəbələ"dən qoparırlar

28 Yanvar 2015 14:12
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kamran Ağayev maraq dairəmizdə olan futbolçudur. Həm özü, həm də "Qəbələ" klubunun rəhbərliyi ilə danışıq aparırıq. Böyük ehtimalla, bu transfer baş tutacaq".

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun baş məşqçisi Samet Aybaba deyib.
 

Türkiyənin digər I dəstə təmsilçisi "Adanaspor" maddi şərtlər baxımından Kamran Ağayevin transferindən vaz keçdiyindən, "Adana Dəmirspor" klubu irəli atılıb. Təcrübəli çalışdırıcının sözlərinə görə, onlar maddi məsələdə də heç bir problem yaşamayacaqlar: "Düşünürəm ki, bu günlərdə keçidi rəsmiləşdirəcəyik. Maddi tərəfdən də sıxıntı yoxdur. Kamran yaxşı futbolçudur. Onun transferi komandamıza fayda verəcək. Xarakteri baxımından da hansısa problemlə üzləşəcəyimizi düşünmürəm".
 

Transferi reallaşacağı təqdirdə, bu, Kamranın karyerası ərzində ilk xarici klubu olacaq. 29 yaşlı qolkiper buna qədər "Qəbələ" ilə yanaşı, "Turan", "Xəzər Lənkəran" və "Bakı" klublarının da formasını geyinib.

Qeyd edək ki, 17 turdan sonra 33 xal toplayan "Adana Dəmirspor" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider "Kayserispor"dan cəmi 1 xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.