İdman

Vüqar Nadirov "əlliliy"ə daxil oldu

30 Sentyabr 2014 13:33
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Milli.Az goal.az -a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Vüqar Nadirov yubiley 40-cı qolunu vurmaqla ilk "50-liy"ə daxil olub. Topaz Premyer Liqasının VII turunun "Neftçi" ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu 4 klubun heyətində 40 qol vurub.

"Qarabağ"da 26-cı dəfə fərqlənən Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 - 2, 2003/04 - 3, 2004/05 - 4, 2009/10 - 2, 2010/11 - 1, 2011/12 - 2, 2012/13 - 5, 2013/14 - 5, 2014/15 - 2. "Karvan"da 6 (2008/09), "Xəzər Lənkəran"da 5 (2005/06 - 3, 2006/07 - 2) dəfə fərqlənən Vüqar "Masallı"nın 3 (2007/08) qoluna imza atıb.

40 qol vuran yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına şərikdir. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman Allahverdiyev də eyni qədər qola seviniblər. Buna 271-ci çempionat oyununda nail olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız ikisindən, AZAL-da çıxış edənlər - Rəşad Abdullayev (46) və Viktor İqbekoyidən (43) geri qalır.

Qeyd edək ki, "Neftçi" ilə oyunda daha bir futbolçu - Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.