İdman

"Azərbaycan millisinin müdafiə xəttini yarmaq çətin olacaq"

2 Sentyabr 2014 08:54
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah millimizlə yoldaşlıq görüşü keçirəcək Rusiya yığmasının qapıçısı Artyom Rebrov qarşıdakı oyunla bağlı danışıb.

Qol.az-ın məlumatına görə, A.Rebrov ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisinin müdafiə xəttini yarmağın çətin olacağını bildirib:

"Azərbaycan millisi Avropanın ortabab komandalarındandır. Yəqin ki, onlar müdafiədən oynayacaqlar. Bu mənada rəqibin müdafiə xəttini yarmaq çətin olacaq. Yoldaşlıq görüşü olmasına baxmayaraq bu oyunda qələbə qazanmalıyıq".

Qeyd edək ki, sabah "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.