İdman

"Qarabağ"ın Avroliqadakı oyunlarının təqvimi

29 Avqust 2014 19:34
0 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarabağ" klubunun mübarizə aparacağı Avropa Liqasının F qrupunda oyunların təqvimi açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" Avroliqanın qrup mərhələsində ilk matçını sentyabrın 18-də, Bakıda "Sent Etyen"ə qarşı keçirəcək.

Oktyabrın 2-də İtaliyada "İnter"in, ayın 23-də isə Ukraynada "Dnepr"in qonağı olacaq Ağdam təmsilçisi qrup mərhələsinin son matçını evdə "İnter"ə qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də baş tutacaq.

Lakin oyunların başlama saatı hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.

18 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Sent Etyen" (Fransa)

2 oktyabr

"İnter" (İtaliya) - "Qarabağ" (Azərbaycan)


23 oktyabr

"Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)


6 noyabr

"Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)

27 noyar

"Sent Etyen" (Fransa) - "Qarabağ" (Azərbaycan)

11 dekabr

"Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.