İdman

Ançelottidən Ronaldu açıqlaması

16 Aprel 2014 14:23
4 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın zədəli futbolçusu Kriştianu Ronaldunun İspaniya Kubokunun finalında "Barselona" ilə matçda iştirak edib-etməyəcəyi dəqiqləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti portuqaliyalı hücumçunu bu oyuna buraxmaqla risk etməyəcəklərini açıqlayıb:

"Ronaldunun zədəsi çox ciddi deyil. Ancaq o, "Barselona" ilə görüşdə iştirak etməycək. Kriştianu sabah məşqlərə başlayacaq, sonra isə final qarşılaşmasını izləməyə gedəcək".

Qeyd edək ki, "Real" - "Barselona" matçı İspaniya vaxtı ilə sabah saat 21:30-da (Bakı vaxtı ilə aprelin 17-i, saat 00:30) başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.