Cəmiyyət

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:37
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir dələduzluq hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən Rəşad Səməd adlı şəxs keçən ilin dekabrında Elbrus adlı şəxsə 25 min manat borc verdiyini, lakin xeyli vaxt keçməsinə baxmayaraq pulunu ala bilmədiyini deyib. Şikayətçi vəsaiti qarşı tərəfə Nəsimi rayonu ərazisində verdiyini əlavə edib.
Araşdırmalar nəticəsində pulu alan şəxsin 1975-ci il təvəllüdlü Elbrus Məmmədov olması müəyyən edilib.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.