Cəmiyyət

Xəbərdarlıq olunmadan qaz, su və işıq kəsilə bilər? – VİDEO - FOTO

26 Aprel 2017 16:27
4 Şərh     Baxış: 4 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qazın, suyun və işığın nə zaman kəsilə bilməsi haqda reportaj yayımlanıb.

Kommunal xidmət haqlarının ödənilməsi zamanı bəzən çətinliklər meydana çıxır. Bu hallara mexaniki sayğaclar olan mənzil, fərdi ev və obyektlərdə daha çox rast gəlinir. Hər ay vətəndaşlara sərfiyyata dair qəbzlər verildiyi halda bəzən ödənişlərin gecikdirilməsi və borcların yığılıb qalması halları qeydə alınır.

Sakin: "Müəyyən qədər qalır sonra veririk".

Sakin: "Borcumuz olanda vaxtında ödəyirik. İmkanımız çatdığı qədər".

Sakin: "Gəlib xəbərdar edirlər, veririk".

Kommunal xidmət haqları ilə bağlı bəzi abonentlər bildirişlərin paylanmasına, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq borclarını ödəmirlər. Nəticədə də müvafiq qurum həmin abonentin evinə qazın, işığı və ya suyun verilməsini dayandırır. Məsələn təbii qazın pulu ödənilmədikdə əraziyə gələn müvafiq qaz qəza xidməti qaynaq vasitəsilə kəsim aparır. Cənub rayonlarında təbii qaza görə əhali sektoru üzrə debitor borc 9 milyon manatdan yuxarıdır. Qeyri-əhali sektoru üzrə bu rəqəm 1 milyon 200-mini keçib.

Qənimət (Səmədov Lənkəran Regional Qİİ-nin rəis müavini):

"400 manatdan yuxarı 5 mindən çox abonentdə debitor borc var. 10 min manatdan yuxarı olan abonentlərə smart kard tipli qaz sayğacları quraşdırıldı. Vətəndaşın razılığı ilə 50% köhnə debitor borc ödənilməklə ödənişlər davam edir". 

Sakin: "Hissə-hissə verirəm".

Sakin: "219 manat borcum var. Asta-asta verirəm". 

Abonent borcunu 100 faiz ödədiyi təqdirdə təkrar qazın verilməsi təmin edilir. Qeyri-əhali sektorunda da proses eyni qaydada həyata keçirilir.

Qənimət (Səmədov Lənkəran Regional Qİİ-nin rəis müavini):

"Artıq bir həftədir ki. 10%-dən yuxarı böyük borcu olan obyektlərin qaz təminatı dayandırılıb. Dəyəri tam ödənildikdən sonra qazın verilişi bərpa edilir".

Elektrik enerjisi haqqının ödənişi ilə də bağlı prosesdə demək olar ki, eyni qayda üzrə icra olunur. Əgər abonent ardıcıl olaraq elektrik enerjisinin haqını ödəmirsə və ya arada ödəyirsə, o borclar abunə şöbəsində qeydə alınır və bütün borclu abunəçilərə fərdi qaydada bildiriş xəbərdarlıq forması paylanılır.

Cavid Talışlı (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin şöbə rəisi):

"Bu xəbərdarlıq 2 nüsxədən ibarətdir. Biri abonentdə, biri idarədə saxlanılır. Abonentin ödənişi olmadıqda həmin əraziyə briqada çıxarılır. Abonentin enerji verilişi açılır".

Yaranmış borcu ödəmək istəyən, lakin tam ödəmək imkanı olmayan abonent şəbəkəyə müraciət edirsə, müəyyən güzəştlər tətbiq olunur. Borcunun artıq və ya səhv hesablandığını iddia edən, xəbərdarlığı qəbul etməyən abonentlərin şikayətləri isə araşdırılır. 

Cavid Talışlı (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin şöbə rəisi):

"Xəbərdarlığı qəbul etməyənlər də var. Bunlar idarəmizdə araşdırılır".

Borcunun səhv yaranması və borcu ödəməkdən imtina barədə abonent məhkəmə orqanlarına, digər qurumlara mürac edə bilər. Protokol formasında da ödəniş olmadıqda özbaşına qoşulmalar baş verməsin deyə və təhlükəsizlik məqsədilə abonent nəzarətə götürülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Xəbərdarlıq olunmadan qaz, su və işıq kəsilə bilər?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.