Cəmiyyət

Bakıda taksilər ancaq bu ünvanlarda dayanacaq

21 Mart 2017 16:59
4 Şərh     Baxış: 2 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir.

"Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir", - deyə M. Ağayev bildirib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.