Hadisə

Bakıda bərbərxanada FACİƏ: ölən var

8 May 2024 13:25
Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 84 yaşlı kişi bərbərxanada saçını kəsdirərkən dünyasını dəyişib. 

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki,  1940-cı ildə Bakı şəhərində doğulmuş mərhum Arif Məmmədov Dağüstü qəbirstanlığında dəfn olunub. 

Mərhumun ölümü evdə baş vermədiyindən müvafiq qurumlar tərəfindən ölümünün qeydə alınmasından imtina edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə şahid qismində bərbərin izahatı alınıb. O, bildirib ki, bərbərdir, mərhum Arif Məmmədovla qonşu olub. Səhər saat 11.00 radələrində saçını kəsdiyi zaman Arif Məmmədov qəflətən vəfat edib. 

Məhkəmənin qərarı ilə, Arif Məmmədovun Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.