Ölkə

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırıldı

8 May 2024 17:08
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmayılov Habil Oruc oğlunun meyitinin qalıqları Lənkərana gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, İsmayılov Habil Oruc oğlu 1994-cü il yanvarın 27-də Xocavəndin "Şişqaya" yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.