Ölkə

Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında görüş keçirildi - FOTO

8 May 2024 16:11
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı işə başlayır. Qlobal miqyaslı tədbirdən öncə - mayın 8-də bir sıra Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü keçirilib.

Milli.Az xəbər verir ki, görüşdə Keniyada "İqlim Fəaliyyəti üzrə Çempion", "Gənclər Çempionu", "Smachs Foundation"nun qurucusu, Keniya Respublikasının Prezidentinin qızı Şarlin Ruto (Charlene Ruto), Keniya Milli Gənclər Şurasının Baş icraçı direktoru Marqaret Kioqora, Keniya QHT-lərinin Milli Şurasının bir sıra rəhbər şəxsləri iştirak edib, onlar xüsusilə COP29 barədə maraqlanıblar, Azərbaycanın liderliyi ilə bu mötəbər tədbirin uğurla keçiriləcəyinə tam əminliklərini ifadə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin nümayəndəsi Türkan Ələsgərova, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycanın yaşıl gündəliyi barədə ətraflı məlumat veriblər.

Görüşdə Azərbaycan QHT-ləri ilə Afrika QHT-ləri arasında bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.