"İlaxır çərşənbə" karvanı "Atəşgah"dan od götürüb geri qayıdır - FOTO - VİDEO - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:24
Metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən "Atəşgah"a doğru od götürmək üçün yola düşən bayram karvanı odu götürüb geri qayıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsi və Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək.
Son dayanacaqda bayram tonqalı alovlandırılacaq, Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
----------
11:20
Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün - su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti "İlaxır çərşənbə"ni təntənəli şəkildə qeyd edir. Belə ki, martın 14-də səhər metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı "Atəşgahı"na yollanıb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə "Beşmərtəbə" dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət etməklə Heydər Əliyev prospektinə çıxıb və metronun "Koroğlu" stansiyasından Hava Limanı avtomagistralı ilə Suraxanı "Atəşgahı"na yola düşüb.
"Atəşgah"dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
XƏBƏR LENTİ
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
-
Ağdaşda ildırım düşən yük avtomobili yandı
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Şir, Xərçəng və Qoç BÜRCləri üçün şanslı dövr başlayır
-
Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
İlon Mask tarixə düşdü
-
Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Azərbaycan Rusiyanı təbrik edib
-
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
-
Qara qızıl ucuzlaşdı
-
DÇ-2026: Cənubi Koreyadan Çexiyaya futbol dərsi
-
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
-
“Çukur”un aktyoru yeni serialda - FOTO
-
Qayçı qulpundan birinin digərindən daha kiçik olmasının əsl səbəbi
-
Meyvə ağaclarının yapışqan maddə ifraz etməsinin səbəbi açıqlandı
-
Son istifadə tarixi ilə tövsiyə edilən istehlak tarixi arasındakı fərq açıqlandı





