Cəmiyyət

Görməni yaxşılaşdırmaq üçün 9 sınanmış üsul

10 Dekabr 2016 21:39
1 Şərh     Baxış: 4 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göz əzələlərinin orqanizmimizin digər əzələləri kimi məşq etmədikdə zəifləyir.

Milli.Az oxu.az-a istinadən görməni yaxşılaşdırmaq üçün 9 sınanmış üsulu təqdim edir. 

Gözün gün ərzində həddən artıq gərginliyə düşməsindən qaçınmaq lazımdır. Hər 2-3 saatdan bir gözlərinizi bağlayın və sükutdan həzz alın. 

Gözləri məşq elətdirmək üçün əsas 16 hərəkət. Onları hər gün təyin edilmiş vaxtda yerinə yetirin. 

Əgər eynək taxırsınızsa, ondan istifadə vaxtını mümkün qədər azaldın.

Şəhadət və orta barmağınızın köməyi ilə dairəvi hərəkətlərlə yüngül masaj edin. Hərəkətləri yerinə yetirərkən, yüngül təzyiq hiss etməlisiniz, ağrı yox. Nöqtələrin istiqamətində aşağıda göstərilən şəkildə hərəkət edin.

Küçəyə çıxarkən ayağınızın altına deyil, daha çox uzağa baxmağa çalışın. 

Tez-tez (ən yaxşısı hər gün) kök şirəsi için. Maksimal fayda üçün şirəyə 1-2 damcı zeytun yağı əlavə edin. Bu dadı dəyişməyəcək, amma şirənin səmərəliliyini artıracaq. 

Gözünüzdə yorğunluq hiss edəndə onları ilıq su ilə yuyun.

Yatmazdan ən azı 2 saat öncə kompüterə, televizora və ya smartfona baxmamağa çalışın.

Yoqanın hərəkətlərindən biri - tratakı yerinə yetirməyə cəhd edin. O, gözə və yaddaşda diqqət cəmləməyə yardım edir. 

Kiçik sabit əşya ilə üz-üzə oturun (məsələn şam). Gözünüzü qırpmamağa çalışın. Yaddaşınızda bu əşyanın təsvirini detallaşdırmağa çalışın. 

Daha sonra gözünüzü yumun və öz diqqətinizi qaşlarınızın arasında cəmləşdirməyə cəhd edin, fikrinizdə əşyanın obrazını mümkün qədər çox saxlamağa çalışın. Bunu 10 dəqiqəyə yaxın edin. 

Hərəkətin məqsədi - gözlər yorulana qədər əşyanın beyində dəqiq təsvirini saxlamaqdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.