Cəmiyyət

Elmlər dоktоru olmaq istəyənlərin yarıdan çoxu 40 və yuxarı yaşlılardır

23 Oktyabr 2016 09:43
0 Şərh     Baxış: 2 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 59 faizini 40 və yuxarı yaşlılar təşkil edir.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, elmlər dоktоru proqramı üzrə təhsil alanların 210 nəfəri Təhsil Nazirliyində, 97 nəfəri Kənd Təsərrüfatı Nazirliyində, 7 nəfəri İqtisadiyyat və Sənaye Nazirliyində, 213 nəfəri isə Milli Elmlər Akademiyasında təhsillərini davam etdirirlər.

Fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 58 faizini 30 yaşadak gənclər təşkil edir. Fəlsəfə dоktоru proqramı üzrə təhsil alanların 553 nəfəri Milli Elmlər Akademiyasının, 990 nəfəri Təhsil Nazirliyinin, 84 nəfəri Səhiyyə Nazirliyinin, 153 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə təhsillərini davam etdirirlər.

2016-cı ilin əvvəlinə Azərbaycanda elmi tədqiqat və işləmələrlə 23093 mütəxəssis məşğul olub ki, onların da 16137 nəfərini və ya 70 faizini tədqiqatçılar təşkil edib. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi olub. Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 9910 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışırlar. Onların 64 faizi elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.