Cəmiyyət

Zökəm - payızın gətirdiyi xəstəlik

23 Oktyabr 2016 23:15
0 Şərh     Baxış: 3 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub. Ötən il 0-13 yaşlı uşalardan 343 289 nəfərinə ilk dəfə tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub. Ümumillikdə, ötən il qeyd olunan yaşda olan 673391 uşağa müxtəlif növ xəstəliklərlə bağlı ilk diaqnoz qoyulub. Onların arasında həzm sistemi xəstəlikləri (49 908 nəfərdə), sinir sisteminin xəstəlikləri (35779 nəfər), travmalar, zəhərlənmə və xarici səbəblərin təsirinin digər nəticələrindən xəstələnənlər (31 073 nəfər) üstünülük təşkil edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, pediatr Səbinə Nurəliyeva deyib ki, payız dönəmində tənəffüs yolu xəstəliklərinin sayı ciddi şəkildə artır: "Qrip və müxtəlif virus infeksiyalarının artması ilə bu xəstəliklərin əhatə dairəsi artır. Hətta epidemiya dərəcəsinə qədər gəlib çata bilir. Bu baxımdan bu xəstəliklərin arasında el arasında "zökəm" kimi tanınan xəstəlik durur. Bu xəstəliklə bağlı müraciət edənlərin sayında artımlar müşahidə edilir. Zökəmin daha geniş yayılması onun virus mənşəli olması və hava, damcı yolu ilə yayıla bilməsi ilə bağlıdır. Məsələn, bir xəstə uşağın məktəbə və ya bağçaya getməsi bütün məktəbin, baxçanın xəstələnməsinə səbəb ola bilir. Bu xəstəlik tənəffüs yolu ilə çoxaldığı üçün ilk olaraq tənəffüs yolları zədələnir. Xəstəliyin ilk əlamətləri kimi burun axması, öskürək, hərarəti qeyd etmək olar. Bu xəstəliyin ən ağır forması pnevmaniya sayılır. Bu cür əlamətlər müşahidə edilirsə, məktəbə və ya bağçaya uşaqların göndərilməməsi tövsiyə edilir. Əgər uşaqlar tez-tez bu cür xəstəliyə yoluxursa və ya bu xəstəliyi daha ağır şəkildə keçirdirsə mütləq şəkildə qrip əleyhinə dərmanlardan, siroplardan istifadə etmək lazımdır".
Pediatr həzm sistemi xətəliklərinin geniş yayılması ilə bağlı fikirlərini bölüşərkən deyib ki, ölkədə həzm sistemi xəstəlikləri o qədər də geniş yayılmayıb: "Həzm sistemi xəstəliyi əsasən azyaşlı uşaqlar arasında geniş yayılır. Erkən yaşlı uşaqların vaxtında düzgün qidalandırılmaması, əlavə qidaların erkən olaraq rasiona daxil edilməsi səbəb olur ki, uşaqlar daha tez xəstələnsin"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.