Binəqədi rayonunda Novruz şənliyi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Binəqədi rayonunda ümumrayon şənliyi keçirilib.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz ümumxalq bayramı kimi hər il Binəqədi rayonunda müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən ümumrayon Novruz şənliyində rayon rəhbərliyi, millət vəkilləri, Multikulturalizm Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıblar.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.
Daha sonra rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi əks etdirən eksponatlarla tanış olublar. Rayonun təhsil və mədəniyyət müəssisələri tərəfindən "Multikulturalizm ili" ilə əlaqədar hazırlanan nümunələr nümayiş olunub. Bayram tədbirinin iştirakçıları Gədəbəyin Novosaratovka, İsmayıllı rayonunun İvanovka və Lahıc qəsəbələrindəın dəvət olunan müxtəlif icmalarla, həmçinin, müxtəlif ölkələrin və azsaylı xalqların milli mətbəxi və mədəniyyəti ilə tanış olublar.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edib.
Bayram tədbirində rayonun təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilib. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlərimiz rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Cəngi sədaları altında kəndirbaz və gənc pəhləvanlar öz məharətlərini göstəriblər. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan maraqlı konsert proqramı ilə davam edib. Sevilən sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb. Gədəbəyin Novosaratovka kəndinin "Sudaruşka" folklor ansamblı, İsmayıllının İvanovka kəndinin və Lahıc qəsəbəsinin Xalq folklor kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sonda rayonun ictimai-siyasi və mədənin həyatında fərqlənən bir qrup şəxs, eləcə də bayram şənliyinə müxtəlif rayonlardan dəvət olunun kollektivlər Fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bayram tədbiri, səməni və bayram şirniyyatları formasında tortun kəsilməsi ilə yekunlaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Özəl tibb müəssisələrində lisenziya məsuliyyəti kimdədir?
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
PSJ rəhbərliyi "Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb - FOTO
-
Kiyevə zərbələr nəticəsində ölənlərin sayı artdı
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Qiymənin topalanma problemini həll etmək çox sadə imiş
-
Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi
-
Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin
-
Özəl tibb müəssisələrində lisenziya məsuliyyəti kimdədir?
-
Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb
-
Rubio: Tramp Si Cinpindən kömək istəməyib
-
Dünya Çempionatının finalında bir ilk: Sürpriz qonaqlar - FOTO
-
Bu bölgədə heç yatmayan bir düşmən var
-
"Real Madrid"də növbədənkənar seçki elan edildi
-
Uşaqlıq fotolarını paylaşdı
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
-
Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Zaur Əhmədov: Bakıda keçiriləcək WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq
-
Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar





