Cəmiyyət

Azərbaycanda sabiq nazir müavini vəfat etdi

30 Yanvar 2016 21:17
4 Şərh     Baxış: 5 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib.

Modern.az saytı xəbər verir ki, 84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona - Qəbələyə aparılıb. Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.

Milli.Az modern.az-a istinadən bildirir ki, Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.

X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib.

2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.

X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.

Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.