Cəmiyyət

Əfv olunanlardan biri tanınmış futbolçudur - FOTO

29 Dekabr 2015 09:54
0 Şərh     Baxış: 2 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfv olunan şəxslərdən birinin futbolçu olduğu müəyyənləşib. Bu, hazırda "Zirə" klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur. 

Milli.Az report-a istinadən bildirir ki, sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib. "Report"un araşdırması nəticəsində üzə çıxıb ki, futbolçu "Bakı"da çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olub. 

Bununla belə, N.Novruzova qarşı cinayət işi qaldırılıb. Klubun da müraciətindən sonra ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitməsinə təqribən 3 ay qalmış əfv olunub. 

Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.