Cəmiyyət

Bakı Ali Neft Məktəbində "Tələbə həftəsi" çərçivəsində görüş - FOTO

17 Noyabr 2015 11:25
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi "Tələbə həftəsi" çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində təşkil edilmişdir. Keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak etmişlər.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin ümumi işlər üzrə prorektoru Rəşad Həsənov ölkəmizdə dövlətimiz tərəfindən gənclərə böyük diqqət göstərildiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclər siyasətinə önəm verdiyini və onların inkişafı üçün mühüm işlərin görüldüyünü bildirdi. Ali Məktəbin fəaliyyətindən, tələbələrin sosial aktivliyindən söz açmış, bu cür tədbirlərin tələbələrin ictimai həyata inteqrasiyasında çox böyük rol oynadığını qeyd etmişdir. Rəşad Həsənov bildirmişdir ki, son illərdə sürətlə inkişaf edən ölkəmizin həyatında artıq Bakı Ali Neft Məktəbi də öz yerini tuta bilmişdir. Ali Məktəbdə tələbələrə yaradılan şəraiti də qeyd edən Rəşad Həsənov bildirmişdir ki, burada ali təhsilin keyfiyyətli təşkili əsasında tələbələrə hər cür imkanlar yaradılmışdır.  
Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Bakı Ali Neft Məktəbinin tələbələrini salamlayaraq, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova bu tədbirin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkür etmişdir. Elvin Aslanov bildirmişdir ki,  Bakı Ali Neft Məktəbi artıq ölkəmizdə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı, müəyyən məsələlərdə innovativ yanaşmaları ilə ölkəmizin təhsil sistemində yeni bir yol açmışdır. O, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və "Tələbə Həftəsi" barədə geniş məlumat verərək bu tədbirin 17 noyabr "Beynəlxalq Tələbə günü" ilə əlaqədar olaraq keçirildiyini vurğulamışdır. Öz çıxışında Elvin Aslanov tələbələri maraqlandıran bir neçə məqamı da vurğulamışdır: "Siz burada yüksək mühəndislik təhsili alırsınız, gələcəkdə ölkəmizdə və ölkəmizdən kənarda ən məşhur neft-qaz şirkətlərində çalışacaqsınız. Məhz o cür beynəlxalq şirkətlərdə çalışan zaman öz xarici həmkarlarınıza ölkəmizi yaxşı mənada tanıtmalısınız. Məhz buna görə də artıq indidən öz təhsilinizlə yanaşı, ölkəmizin ictimai-siyasi həyatı, cənab prezidentin yürütdüyü siyasət və onun nəticələri, ölkəmizin reallıqları, Qarabağ problemi kimi məsələlərlə yaxından tanış olmalı, bu sahədə müxtəlif məlumatlara yiyələnməlisiniz. Buna görə də sizi fəal olmağa, müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağırıram".  O, Bakı Ali Neft Məktəbində tələbələrin təşəbbüslərinə dəstək verildiyini yüksək qiymətləndirmişdir.

Gənclər və İdman Nazirliyinin yanında Gənclərlər iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışmış, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulamışdır. O, Bakı Ali Neft Məktəbinin rəhbərliyinə bu tədbirin təşkil olunmasında verdiyi dəstəyə görə təşəkkür etmişdir. Nurəddin Mehdiyev bildirmişdir ki, belə görüşlərin çox böyük faydası var. Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən söz açan Nurəddin Mehdiyev, həmçinin, koordinatoru olduğu "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətindən danışmış, tələbələri Mərkəzin həyata keçirdiyi layihələrdə aktiv iştirak etməyə və Mərkəzin hazırladığı müxtəlif məhsulların dünya ictimaiyyətinə çatdırılmasında köməklik göstərməyə çağırmışdır.

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanda dövlət tərəfindən aparılan gənclər siyasətindən, habelə gənclər siyasətinin uğurlu nümunələrindən biri kimi Bakı Ali Neft Məktəbinin yaradılmasından söz açaraq, Ali Məktəbdə tələbələr üçün yaradılan şərait, gənclərin müxtəlif layihələrdə iştirakı, Bakı Ali Neft Məktəbinin tələbələrinin müxtəlif tələbə təşkilatlarında və tələbə klublarındakı fəaliyyətindən bəhs etmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.