Həccdə ölən azərbaycanlılar dəfn olundu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həccdə dünyasını dəyişən zəvvarlarımız dəfn olundu.
Milli.Az anspress-ə istinadən bildirir ki, Həcc ziyarəti zamanı dünyasını dəyişən iki azəbaycanlı zəvvar dəfn olunmaq məqsədilə mühacirlər üçün nəzərdə tutulmuş məscidə gətirilib.
Dünyasını dəyişmiş azərbaycanlı zəvvarlar məsciddə yuyulub-kəfənləndikdən sonra dəfn olunacaq.
Zəvvarlarımız 60 yaşlı Fəxrəddin Zeynalov və 57 yaşlı Kəklik Aslanova dəfn üçün hazırlandıqdan sonra məsciddə cənazə namazı qılındı.
Dünyasını dəyişən hər iki zəvvarımızla vidalaşmağa onlarla birlikdə Həcc ziyarətini yerinə yetirənlər də gəlmişdi.
Ailə üzvlərindən isə Kəklik xanımın onunla birlikdə Həcc ziyarətində olan əri Elçin Aslanov, Fəxrəddin Zeynalovun isə zəvvar bacısı Rahillə xanım da mərhumları son mənzilə yola salanların içərisində idi.
Fəxrəddin Zeynalovun bacısı Rahilə Zeynalova deyir ki, bura gəlmədən öncə hamı ilə hallalaşmışdı, Həccə gedəcək deyə çox sevincli idi.
Fəxrəddin Zeynalov ehram libasında dünyasını dəyişdiyi üçün elə ehram əynində dəfn edildi.
Ziyarəti zamanı ehramda olarkən dünyasını dəyişənlər şəhid sayıldığından onları Həcc şəhidləri üçün olan məzarlıqlarda dəfn edirlər. Bu səbəbdən bizim də dünyasını dəyişən hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırıldı.
Dəfn mərasimində Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyindən nümayəndə və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri iştirak etdi.
Daha sonra dünyasını dəyişən hər iki həmyerlimiz üçün azərbaycanlı zəvvarların qaldığı otellərin birində ehsan süfrəsi açıldı.
Hər iki zəvvarımızı Minada şeytana birinci daş atma mərasimdən sonra günvurmuşdu.
Həkimlərin müdaxiləsi nəticə verməmişdi.
Allah rəhmət eləsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əhaliyə ŞAD XƏBƏR: 700 min nəfərin maaşında artım GÖZLƏNİLİR
-
Dizel böhranı dünyanı silkələyir - Qlobal iqtisadiyyat təhlükədə
-
Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR
-
Messinin maaşı ARTDI
-
Bazarda kəskin AZALMA - Neft UCUZLAŞDI
-
Pulunuzu dəyişməyin VAXTIDIR
-
Yatmazdan əvvəl bunu çoxumuz edirik - Yaddaşımızı POZURMUŞ
-
Bakı və Sumqayıtın bəzi ərazilərində işıq KƏSİLİR
-
“Onun ödünü çıxaranda qaraciyərini zədələyiblər”
-
Fransada çempion bəlli oldu
-
Suyun altına görünməz baryer qurdular: Qabarcıqlarla zibillərin qaçışı əngəllənir
-
“Ana-atamı yaxşı tanımamışam”
-
Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız - Mütəxəssislər ilk dayanacağı açıqladı
-
Sevəndə gözü heçnə görməyən 4 bürc
-
İnəklərin niyə həmişə eyni istiqamətə baxaraq otladığı izah edildi
-
Paltardakı ləkələri çıxarmağın sadə yolu
-
Gülləri uzun müddət təravətli saxlamağın sirri açıqlandı
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi





