Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxından izləyir. Qanunvericiliyin tələbləri və mövcud iqtisadi mexanizmlər fonunda bu suala aydınlıq gətirmək, həmçinin fərdi artım imkanlarını nəzərdən keçirmək böyük əhəmiyyət kəsb edir.
Milli.Az xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə səlahiyyət həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm də prezident fərmanlarına aid olan qərar mexanizmlərinə bağlıdır:
"Yəni təqaüdlərin artırılması ilə bağlı qərarlar məhz dövlətin maliyyə və sosial siyasəti çərçivəsində formalaşdırılır və yekun qərar həmin qurumların səlahiyyətində olur. Bir məsələ isə demək olar ki, dəqiqdir. Gözləntilərə əsasən, iyun ayının əvvəlində dövlət büdcəsinə əlavələr və dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Bu da hər il müəyyən iqtisadi göstəricilər, gəlirlər və sosial xərclər nəzərə alınaraq həyata keçirilən proseslərdən biridir. Hazırda belə bir ehtimal kifayət qədər yüksək qiymətləndirilir. Əgər büdcəyə ediləcək həmin əlavələr və dəyişikliklər zamanı sosial sahəyə, xüsusilə də təqaüdlərlə bağlı əlavə vəsait ayrılması barədə qərar qəbul olunarsa, o zaman ilin ikinci yarısında təqaüdlərin yenidən artırılması mümkün ola bilər. Yəni burada əsas məqam dövlət büdcəsinə yenidən baxılması və sosial istiqamətdə hansı qərarların veriləcəyidir. Nəticə etibarilə, təqaüdlərin artırılıb-artırılmaması parlamentdə büdcə müzakirələri zamanı qəbul ediləcək qərarlardan, eləcə də dövlətin maliyyə imkanları və sosial siyasət prioritetlərindən birbaşa asılı olacaq."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
XƏBƏR LENTİ
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi





